DÜNYA


İspaniyada son 80 ildə ən aşağı doğum göstəricisi qeydə alınıb

Madrid, 4 iyun, AZƏRTAC 

İspaniyada 2019-cu ildə 359 min 770 yeni körpə doğulub.

AZƏRTAC İspaniya Milli Statistika İnstitutuna istinadla xəbər verir ki, bu, 1941-ci ildən bəri qeydə alınmış ən aşağı göstəricidir. Son onillikdə azalma 27,3 faiz təşkil edib. Bu, analıq yaşında olan qadınların sayının azalması, hər qadına düşən uşaq sayının isə 1,23 faizə enməsi ilə əlaqələndirilir. Ekspertlər qadınların ana olmağa tələsməməsindən narahatdırlar. Bəzən qadınlar ana olmağı daha uzun müddətə təxirə saldıqlarına görə dünyaya uşaq gətirə bilmir və bu da doğulanların sayının kəskin şəkildə azalmasına səbəb olur. Hazırda ilkin analıq yaşı 32,2 ilədək yüksəlib. Beləliklə, İspaniyada ölənlərin sayının dünyaya gələnlərin sayından 57 min 146 nəfər çox olması ölkə əhalisinin azalmasına gətirib çıxarıb.

Ekspertlər COVID-19-un bu baxımdan ölkədəki mövcud demoqrafik göstəriciyə daha neqativ təsir edə biləcəyinə əmindirlər. Qeyd edək ki, yaxınlaşmaqda olan iqtisadi böhran səbəbindən 2020 və 2021-ci illər ərzində İspaniyada doğum sayının əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.