İDMAN


İsrail gimnastı Linoy Aşram Bakıda qızıl medal qazanıb

Bakı, 9 may, AZƏRTAC

İsrail təmsilçisi Linoy Aşram Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda fərdi gimnastların halqa ilə yarışında İsrail təmsilçisi 27,150 xalla birinci olub. Rusiya idmançısı Lala Kramarenko 26,850 xalla yarışı ikinci, belaruslu Alina Harnasko (26,600 xal) isə üçüncü pillədə başa vurublar.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.