Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrailin “Maariv” qəzeti: Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir

İsrailin “Maariv” qəzeti: Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir

Bakı, 17 aprel, AZƏRTAC

İsrailin nüfuzlu “Maariv” qəzeti bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İris Qorletin “Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın coğrafi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etməsi barədə məlumatlar təqdim olunur.

Azərbaycan XİN-in mətbuat xidmətinin katibi Hikmət Hacıyev “Maariv” qəzetinə müsahibəsində deyib: “Bizim mürəkkəb coğrafi regionumuzda elə ölkələr var ki, onlar İsrail Dövləti ilə möhkəm, səmimi və dost münasibətlərimizə öz narazılıqlarını ifadə edirlər. Lakin buna baxmayaraq, hesab edirik ki, bu münasibətlər bizim üçün vacibdir. Bu strateji münasibətlər bizim üçün çox mühüm mənəvi məqamdır və yəhudi xalqına bizim hörmət və səmimi dostluq münasibətimizi əks etdirir.

Biz yəhudi xalqına böyük hörmətlə, sevgi ilə yanaşırıq, bizim aramızda dərin tarixi bağlılıqlar var. Biz yəhudi xalqının dünya elminə, tibbə, yüksək texnologiyalara, kənd təsərrüfatına verdiyi töhfələri yüksək dəyərləndiririk. Şəxsən mən israilli müğənni Yasmin Levini dinləməyi sevirəm”.

İris Qorlet qeyd edir ki, Azərbaycan neft və qaz kimi faydalı qazıntılarla zəngindir. “Maariv” qəzeti yazır: “Odlar Yurdu”nun əhalisi 10 milyona yaxındır. Ölkədə 15-20 min yəhudi yaşayır. Yəhudi icmasına olan xoş münasibətin dünyada analoqu yoxdur.

Geosiyasi baxımdan, Azərbaycan İsrail üçün çox mühüm ölkədir. Ötən həftə Azərbaycanda prezident seçkiləri keçirildi. İlham Əliyev inamla və böyük uğurla seçkilərdə 86 faiz səs toplayaraq, 7 rəqibinə qalib gəldi”.

Xarici ekspertlərin fikrincə, ölkələr arasında hərbi-strateji münasibətlər çox yüksək səviyyədədir. Müəllif qeyd edir ki, Prezident İlham Əliyev 2016-cı ildə təkcə hərbi sahədə Azərbaycanın 5 milyard dollar məbləğində İsrail texnologiyası əldə etdiyini bildirmişdi.

“Azərbaycanlılarla yəhudilər arasında 2600 illik tarixi bağlılıq var. Yəhudilər burada özlərini evlərindəki kimi hiss edirlər. Biz İsrail Dövlətinə böyük hörmət və ehtiramla yanaşırıq. Çünki sizin ölkəniz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Biz İsraillə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dostluq və tərəfdaşlıq strategiyamızı davam etdiririk. İsraillə olan münasibətlərimizi qorumalı, inkişaf etdirməli və möhkəmləndirməliyik. Biz əfsanəvi insan, İsrailin 9-cu Prezidenti Şimon Peresin böyük töhfəsini dəyərləndiririk. Münasibətlərimizin inkişafına öz dəyərli töhfəsini verən İsrailin müdafiə naziri Aviqdor Liberman əsl dostumuzdur. Regionumuz uğrunda çoxlu geosiyasi aktorlar mübarizə aparıb, ölkəmiz çox iztirablar çəkib. Bizim bütün ölkələrlə əməkdaşlıq və tərəfdaşlığımız vacibdir, o cümlədən Ermənistan ilə. Ermənistanla əməkdaşlığa başlamaq üçün onlar əvvəlcə bizim hazırda işğal altında olan əzəli torpaqlarımızı azad etməlidirlər. Bizim Gürcüstanla praktik olaraq bütün sahələrdə - turizm, vergi, sərmayə sahələrində çox gözəl əməkdaşlıq modelimiz var”, - deyə Hikmət Hacıyev qeyd edib.

“Maariv” qəzetinin müxbirinin Azərbaycanın xarici siyasət strategiyasının uğurlarının sirri barədə sualına cavab verən XİN-in mətbuat katibi H.Hacıyev bildirib ki, bir prinsip mövcuddur – şəffaflıq, açıqlıq və gələcək münasibətlərin planlaşdırılması. O deyib: “Bizim uğurumuzun sirri ondadır ki, biz hər ölkə ilə məxsusi əməkdaşlıq və tərəfdaşlıq kanalı yaratmışıq. Bu səbəbdən onların hər biri ilə xüsusi münasibətlərimiz mövcuddur. Ona görə də biz dünya birliyinin layiqli və bərabərhüquqlu üzvüyük”.

Azərbaycan ilə İsrailin hərbi-texniki əməkdaşlığına dair suala cavab verən H.Hacıyev qeyd edib ki, İsrail dünyanın ən yaxşı inkişaf etmiş hərbi-sənaye komplekslərindən birinə malikdir. “Bizim bu sahədə Rusiya, Belarus, Pakistan, İsraillə yaxşı münasibətlərimiz qurulub. Lakin biz öz hərbi-sənaye komplekslərimizi də inkişaf etdiririk. Biz aparıcı İsrail şirkətləri ilə əməkdaşlıq edirik və bunun nəticəsində həm Azərbaycanda, həm İsraildə yeni iş yerləri açılır”, - deyə mətbuat katibi bildirib.

İ.Qorlet öz məqaləsində vurğulayır ki, Azərbaycanın paytaxtı Bakı əcnəbi turistləri çox səmimi qarşılayır. Çoxsaylı gözəl parklar, tarixi yerlər, gözəl məscidlər, kilsələr, sinaqoqlar insanı heyrətləndirir. Şəhərin arxitekturasında Avropa ilə Şərq memarlığının sintezini görmək olar. Burada qadınlar Qərb stilində və çox gözəl geyinirlər. Azərbaycanlılar çox səmimi, incə təbiətli və qonaqpərvər xalqdır. “Pulman” otelində İsrail dilində danışıqları tez-tez eşitmək və israillilərin böyük qruplarına rast gəlmək mümkündür.

“Əla ərzaqdan çox dadlı və keyfiyyətli yemək – bu gözəl ölkəyə gəlmək üçün kifayət qədər yaxşı səbəbdir. Memarlıq kimi, mətbəx nümunələrində də Şərq və Qərbin möhtəşəmliyi və sintezi insanı valeh edir. Gözəl Bakının küçələrində gəzərkən özünü tam təhlükəsiz hiss edirsən. Küçələrdə, demək olar, polis və silahlı əsgər görməzsən”, - deyə israilli xanım jurnalist İris Qorlet qeyd edir.

“Maariv” qəzetinin müxbiri xatırladır ki, Azərbaycan 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib, son üç ildir Bakı Formula 1-in mərkəzinə çevrilib.

“Bu gözəl ölkə Paris və Dubayın inteqrasiya olunmuş və uğurlu modeli olmasına çalışır. Azərbaycan İslam dünyasında həm də dünyəvi dövlətin ən uğurlu modeli, multikulturalizm və tolerantlığın ən yaxşı nümunələrindən biri kimi məşhurdur. Azərbaycan qadın azadlığını və bərabərhüquqluğunu təşviq edən ölkədir”, - deyə İ.Qorlet yazır.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Ermənistanla müharibəsi zamanı tankçı Albert Aqarunov 1992-ci ildə Dağlıq Qarabağda həlak olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2017-ci ilin sentyabr ayında Azərbaycanın müdafiə naziri, general Zakir Həsənov İsrailə səfəri zamanı Təl-Əvivdə qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.

Müəllifin bir çox müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda qadınların rolunun və qadın faktorunun çox hiss olunması barədə sualını cavablandıran XİN-in mətbuat katibi Hikmət Hacıyev qeyd edib: “Biz “Azad qadın” heykəli ilə qürur duyuruq. Qadın azadlığı Azərbaycan rəhbərliyinin siyasi bazisidir. Biz fərqliyik, xüsusən Azərbaycanda heç kimdən hansı dinə etiqad etdiyini soruşmurlar. Qeyd etmək vacibdir ki, ölkəmizin məktəblərində Holokost Gününə həsr olunmuş dərslər keçirilir”.

İris Qorletin bəzi Qərb strukturlarının Azərbaycanda prezident seçkilərini tənqid etməsi barədə sualına H.Hacıyev belə cavab verib: “Siz seçkilərdə oldunuz, soruşa bilərsiniz, insanlar nə üçün səsverməyə gəlirlər. İnsanlar nəyin yaxşı, nəyin pis olduğunu bilirlər. Biz müstəqillik və demokratiyanın ağır və əzablı yolundan keçmişik, seçki şəraitini daim modernləşdirir və daha da yaxşılaşdırırıq. Siz insan hüquqları sahəsində, təhsildə, insanların dini hüquqlarında, qadın hüquqlarında, əhalinin məşğulluğu sahəsində sürətli dəyişiklikləri hiss edirsiniz. Biz tez-tez görürük ki, bir hadisəni götürür və onu ümumiləşdirirlər. Onlar bizim seçkilərdə problemlər axtarırlar. Məsələn, bir kamera sınır və bir müşahidəçi hay-küy salır ki, biz insan hüquqlarını pozuruq. Bu, ciddi deyil”, - deyə Hikmət Hacıyev vurğulayıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav İris Qorletlə söhbətində deyib: “Burada Azərbaycan xalqının əsas dəyərlərinə, eləcə də digər xalqlara və konfessiyalara çox böyük hörmətlə yanaşmağı özlərinə borc bilirlər. Bu dövlətdə yəhudi icmasının mövcudluğu və inkişafı bunu təsdiqləyir. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan dördüncü ölkə olub. Azərbaycandan İsrailə ixrac olunan neft münasibətlərdə çox vacib rol oynayır. İndi isə İsrail Türkiyə və Avropa üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinə qoşulacaq. Azərbaycan şirkətləri qaz yataqlarının işlənməsi üzrə tenderlərdə İsrail və Qərb şirkətləri ilə rəqabət aparırlar”.

“Azərbaycan və İsrail ümumi maraqlara əsaslanan, həmçinin Azərbaycanda müsəlmanlar və yəhudilər arasında ənənəvi sıx münasibətlərlə dəstəklənən möhkəm qarşılıqlı əlaqələrə və çoxplanlı tərəfdaşlığa malikdir”, - deyə Yerusəlimdəki Yəhudi Universiteti yanında Trumen İnstitutunun elmi işçisi, doktor Xen Bram bildirir.

İris Qorlet İsrailin nüfuzlu “Maariv” qəzetində Azərbaycandakı prezident seçkilərinə həsr edilmiş məqaləsində fikrini belə yekunlaşdırıb: “Azərbaycan hökuməti radikal İslam ideologiyasının nəticələrindən narahatdır və heç bir xarici müdaxiləyə imkan vermir. Azərbaycanın İranın ərazi bütövlüyünü qəbul etməsinə və tarixin hökmü ilə İranın tərkibində olan 38 milyon etnik azərbaycanlının müdafiəsi məqsədilə İranın daxili işinə qarışmasa da, iranlılar öz ölkələrində azərbaycanlıların milli əhval-ruhiyyəsinin yüksəlişində maraqlı deyillər. Lakin Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanla İranın yaxın müttəfiq olmasından, onunla sıx logistik və ticarət münasibətlərini davam etdirməsindən narazıdır. Azərbaycan İsrailə ABŞ-ın ən yaxın müttəfiqi kimi baxır və rəsmi Vaşinqtonla yaxınlaşmaq üçün əlavə imkanlar yaratmaq istəyi də İsrail-Azərbaycan əməkdaşlığının motivasiyasına kömək edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar