Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrailli ekspert: Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur

Bakı, 13 may, AZƏRTAC

XX əsrin sonunda və XXI əsrin əvvəlində kütləvi qırğın və minlərlə insanın qətlə yetirilməsi mənəvi, əxlaqi, siyasi və digər problemlərin bütün kolliziyalarının istinad nöqtəsi oldu. Holokost yəhudi xalqının yaddaşında dəhşətli və dözülməz hadisədir. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudilərin ağrı-acısı, alçaldılması, təhqir olunması, kütləvi şəkildə qətlə yetirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun Bolqarıstanın rəsmi “Trud” qəzetində dərc edilmiş “Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur” sərlövhəli məqaləsində yer alıb.

Ekspert yazır: “Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmirik. Lakin Holokost kimi vəhşi cinayətdə əli olan insanların milli qəhrəmana çevrilməsi faktı qarşısında da susa bilmərik.

Biz, israillilər iki il əvvəl Yerevanda faşist və antisemit, nasistlərin əlaltısı Qaregin Njdeyə abidə ucaldılmasına necə baxmalıyıq? Bir ölkə insanlığa qarşı cinayətlərdə ittiham olunan faşist cinayətkarı özünün milli qəhrəmanı elan edə bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir olunmasıdır. Şəxsən mənim, Ukraynada faşistlər tərəfindən babasının bütün ailə üzvlərinin qətlə yetirdiyi insan üçün bu sızlayan bir ürəkağrısıdır. Məhz bu səbəbdən də bu, mənim üçün şəxsi faciədir”.

Arye Qutun fikrincə, artıq uzun illərdir ki, Ermənistanda kiçik bir icma halında yaşamalarına baxmayaraq, yəhudilər mənəvi zorakılığa məruz qalır, burada antisemit kitablar nəşr edilir, televiziya kanallarında bu ruhda verilişlər efirə gedir, həmçinin Yerevandakı Holokost qurbanlarının xatirəsinə qoyulmuş memorial lövhə dəfələrlə təhqir olunub.

Ekspert vurğulayır: “Mənim nöqteyi-nəzərimdən Yerevanda erməni faşisti və antisemit Qaregin Njdeyə abidə qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərin genişmiqyaslı kultu yaradılıb. Onların “şərəfinə” xatirə sikkələri buraxılır, bədii və sənədli filmlər lentə alınır.

Bu yaxınlarda məlum olub ki, Bolqarıstanda Njdenin xatirəsinə abidə qoyulması barədə qərar da qəbul edilib.

Ermənistanın dünya ictimaiyyətinin susqun razılığı və biganəliyi fonunda bu faşistə Yerevanda abidə ucaltması azmış kimi, onlar bu başkəsən faşistə və nasistə artıq Bolqarıstanda da heykəl qoymağı qərara alıblar”.

Məqalədə yazılır: “Njdenin işinin təhqiqatı üzrə ittiham aktından məlum olduğu kimi, “müttəhim Q.E.Ter-Arutyunyan 1933-cü ildə irqçiliyi təbliğ edən və mahiyyəti etibarilə faşist təşkilatı olan “Tseqakron” daşnak gənclər təşkilatı yaratmaq üçün xüsusi olaraq Amerika və digər ölkələrə gedib”. 1934-cü ilin əvvəlində Njde ABŞ-dan Bolqarıstana qayıdıb və burada əksəriyyəti keçmiş daşnaklardan ibarət olan ayrıca təşkilat yaradıb. Həmin təşkilat İkinci Dünya müharibəsinədək fəaliyyət göstərib.

Qaregin Njdenin Bolqarıstandakı tərəfdarları “Razmik” qəzeti ilə paralel olaraq “Rasa i Rodina” adlı faşist jurnalı da buraxırdılar. Amerikada, öz növbəsində, erməni faşizmini təbliğ edən “Taronakanutyun” nəşri də işıq üzü görürdü.

Beləliklə, Almaniyanın SSRİ-yə müharibə elan etməsi ərəfəsində Njde erməni faşistlərinin lideri kimi tanınmışdı və onun haqqında məlumat Berlinədək gedib çıxmışdı. Təsadüfi deyil ki, Almaniyanın Sovet İttifaqına hücumundan əvvəl, 1941-ci ildə Njde ilə görüşmək üçün erməni mühəndisi, Reyxin altıncı təhlükəsizlik idarəsinin “S” şöbəsinin əməkdaşı Pyotr Kamsarakan Almaniyadan Sofiyaya gəlib. Sonuncu SSRİ, Yaxın və Uzaq Şərq ölkələrinə qarşı əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub”.

Arye Qut vurğulayır: “Qareqin Njde ilə Sofiyada keçirilən görüşdə əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Artıq Sovet İttifaqı ilə müharibənin başlanmasından sonra Njde 1942-ci ildə Berlində Almaniyanın Sovet İttifaqına qarşı mübarizəsinə kömək etmək və Ermənistanda faşist Almaniyasının protektoratı altında hökumət qurulması məqsədi ilə yaradılmış işğal edilmiş şərq əraziləri üzrə nazirliyinin təsis etdiyi “Erməni milli şurası”na üzv olur. O, 1942-ci ildə alman kəşfiyyatının tapşırığı ilə Berlinə gedir. İstintaq materiallarından göründüyü kimi, müharibə illərində Njdenin əmri ilə Bolqarıstandan 40 erməni zabiti Berlin yaxınlığında təlim keçmək üçün cəlb olunub. Onlar burada bir neçə ay təlim gördükdən sonra sovet qoşunları ilə mübarizə aparmaq üçün Krıma göndəriliblər. Əsas məqsəd onların gələcəkdə casus-diversiyaçı fəaliyyəti göstərmək və alman faşist qoşun hissələrinin Ermənistanın sərhədlərinə yaxınlaşdığı vaxtda üsyan hazırlamaq üçün Sovet Ermənistanına göndərilməsi olub. Erməni hərbi əsirlər qarşısında dəfələrlə təbliğat xarakterli çıxışlar edən Njde onları SSRİ-yə qarşı silahlı üsyana çağıraraq deyib: “Almaniya uğrunda həlak olanlar, Ermənistan uğrunda canlarını fəda edirlər”.

İsrailli ekspertin sözlərinə görə, bolqarların çoxu arxiv sənədləri ilə təsdiqini tapmış tarixi faktları bilmirlər. O qeyd edir: “General Njdenin komandanlığı altında erməni legionunun məqsədi (onun özü də minlərlə yəhudinin qətlində şəxsən iştirak edib) yəhudilərə və alman ordusu üçün “münasib olmayan” digərlərinə qarşı basqınların təşkili və onların öldürülməsi olub. Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları tamamilə yəhudilərdən təmizlənib”.

1948-ci il aprelin 24-də SSRİ DTN yanında keçirilən xüsusi iclasda Qaregin (Ter-Arutyunyan) Njde 25 il həbs cəzasına məhkum edilib.

Qutun yazdığına görə, yuxarıda göstərilən faktlardan sonra bolqar ictimaiyyəti faşizm təbliğatı qarşısında susmamalı, başkəsən faşist və antisemit Njdenin Bolqarıstanda heykəlinin qoyulması ehtimalına göz yummamalıdır.

Müəllif qeyd edir: “Vurğulamaq lazımdır ki, bu qana susamış faşistlərin kultunun təbliği hansısa marjinal siyasi qruplaşmalar tərəfindən deyil, dövlət səviyyəsində, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyinin dəstəyi ilə təbliğ olunur.

Mən, ailəsi dəhşətli Holokost vəhşilikləri yaşamış bir israilli və yəhudi kimi, Bolqarıstanın Avropada tam bir yəhudi icmasını faşist ölüm düşərgəsindən xilas etdiyini, bolqar çarı Borisin isə müharibə vaxtı Hitlerə etiraz edən yeganə dünya lideri olduğunu unuda bilmərəm. Yəhudiləri xilas etməyə cəhd göstərərək deportasiyaya qarşı fəal üsyan edən bolqar pravoslav kilsəsinin patriarxı arxiyepiskop Stefan onlara xaç suyuna çəkilmələri barədə saxta sənəd verirdi. Plovdivdə kilsəyə başçılıq edən yepiskop Kirill faşistləri dəmir yolu relslərinə uzanmaqla qorxudaraq yəhudilərə vəd edirdi: “Sizi haraya göndərsələr, mən də oraya gedəcəyəm”. Bolqarıstan bütün yəhudiləri faşistlərdən qorumağı bacaran yeganə Avropa ölkəsidir. Bax bu səbəbdən Bolqarıstan xalqı “Sülh carçısı” fəxri adını daşımağa layiqdir.

Bolqar xalqının bütün bu mərdlik, igidlik və yəhudilərə qarşı böyük insani ləyaqət nümunələrindən sonra ermənilərin Bolqarıstanda faşist və antisemit, nasist və daşnak xüsusiyyətlərini özündə cəmləşdirmiş Qaregin Njdeyə heykəl qoymağa qərar verməsi barədə xəbəri eşitmək mənim üçün dəhşətli dərəcədə xoşagəlməzdir. Müharibədə 6 milyon ən yaxşı oğul və qızlarını itirən İsrail xalqı üçün general Njde bir xain və faşistidir. Tarix İkinci Dünya müharibəsi illərində Vermaxtın tərkibində faşist Njdenin də rəhbərlərindən biri olduğu 20 minlik erməni legionunun vəhşiliyini unutmayacaq”.

Məqalənin müəllifi sualla müraciət edir: “Məgər bunlardan sonra biz müasir Ermənistanda erməni faşistinin və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə necə biganə qala bilərik? Ermənistan azmış kimi, hələ yəhudiləri xilas edən Bolqarıstanda da bu başabəla “qəhrəmana” heykəl qoymağa qərar veriblər. Ümumdünya, habelə Rusiya yəhudi konqreslərini, o cümlədən Rusiyanın və Bolqarıstanın Holokostla məşğul olan yəhudi təşkilatlarını bu təxribatın qarşısını almağa çağırıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO