DÜNYA


İstanbul Konvensiyası Çexiya deputatları arasında fikir ayrılığına səbəb olub

Praqa, 7 noyabr, AZƏRTAC

Çexiya Deputatlar Palatasında Ailə zorakılığına qarşı mübarizə haqqında İstanbul Konvensiyasının tərəfdarları və əleyhdarları arasında ideoloji münaqişə yaranıb. Bu sənədi imzalamış ölkələrin hökumətləri üzərinə qadınlara münasibətdə zorakılığın bütün formalarına qarşı mübarizə məqsədilə konkret tədbirlər görmək öhdəliyi qoyulur.

AZƏRTAC xəbər verir ki, sənədin mətnində bəzi ifadələr Çexiyada birmənalı qəbul edilməyib. Konvensiyanın əleyhdarları parlamentdə bildiriblər ki, “bu konvensiya qadınlara kişilərdən daha çox hüquq verir. Onun qəbul edilməsi Çexiyada ənənəvi ailə anlayışını kökündən dəyişərdi”. Qeyd edək ki, Slovakiya bu sənədi ratifikasiya etməyə razılıq verməyib. Konvensiya Ukraynada da qızğın diskussiyaya səbəb olub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.