QAN YADDAŞI
İstanbul universitetlərində 20 Yanvar faciəsini əks etdirən sərgilər təşkil olunub
İstanbul, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Aydın Universitetində foto-sərgi, Yedditəpə Universitetində isə qanlı hadisəni əks etdirən uşaq rəsmlərindən ibarət sərgi təşkil olunub.
Hər iki sərginin açılışında Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyinin təmsilçisi, universitetlərin rəhbərliyi də daxil olmaqla professor, müəllim və tələbə heyəti, tanınmış ziyalılar iştirak ediblər.
Sərgilərdəki materiallar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet hakimiyyəti rəhbərliyinin qərarı ilə Azərbaycana qoşun yeridilməsinin acı nəticələri, Qanlıq Yanvar hadisələrinin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul