MƏDƏNİYYƏT
İstanbulda 38-ci film festivalında 52 milli və beynəlxalq film iştirak edib
İstanbul, 17 aprel, AZƏRTAC
İstanbul Mədəniyyət və Sənət Vəqfi tərəfindən hazırlanan 38-ci film festivalının mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışmada 52 milli və beynəlxalq film iştirak edib.
Tədbirdə yerli film nominasiyasında 9 ekran əsəri arasından 2018-2019-cu illərdə çəkilən "Bacılar", beynəlxalq yarışda isə rejissor Suhaib Gasmelbarın çəkdiyi "Ağaclardan danışmaq" filmləri birinci yerə layiq görülüb.
Festival çərçivəsində sənədli film və kino sahəsini dəstəkləmək məqsədilə başladılan milli sənədli film yarışmasında "Tanrı köçkün uşaqları sevərmi?" ilk sırada yer alıb.
Tədbirdə ən yaxşı rejissor nominasiyasında mükafat "Bacılar" filminin rejissoru Emin Alpere təqdim olunub.
İstanbul Film Festivalının münsiflər heyətində yerli və beynəlxalq tanınmış rejissor, aktyor və kino mütəxəssisliləri yer alıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul