İQTİSADİYYAT


İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilib VİDEO

İstanbul, 6 oktyabr, AZƏRTAC

İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş olub. Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçirilib. Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə dörd İşçi qrupunun oktyabrın 5-də keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılıb. Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Tədbirdə çıxış edən Azərbaycanın və Türkiyənin energetika nazirləri birgə layihələr və gələcəkdə atılacaq addımlar barədə məlumat veriblər.

Forumda, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin sədr müavini Vüqar Şahmuradov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun departament direktoru Tural Hacılı, BOTAŞ-ın baş direktoru Burhan Özcan, TPAO-nun baş direktoru Melih Han Bilgin, TEİAŞ-ın baş direktoru Orhan Kaldırım, EÜAŞ-ın baş direktoru İzzet Alagöz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digər qurumların təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanıb.

Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz mediaya birgə açıqlama veriblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.