CƏMİYYƏT


İstanbulda “Dünya həkimləri”nin fotosərgisi keçirilir

İstanbul, 22 noyabr, AZƏRTAC

İstanbulda Türkiyənin “Dünya həkimləri” (Yeryüzü doktorları) Dərnəyinin fotosərgisi keçirilir. Sərginin əsas məqsədi yer kürəsində görmə problemlərinə diqqət çəkməkdir.

AZƏRTAC xəbər verir ki, dərnək tərəfindən bu günədək dünyanın bir çox ölkəsində göz müayinələri aparılıb, əməliyyatlar icra edilib. Könüllü həkimlərin köməyi ilə çətin şərtlərdə yaşayan bir çox insanın görmə qabiliyyəti bərpa olunub.

Hazırda dünyada təxminən 2 milyard 200 milyon görmə problemi olan insan var. Bu insanların 1 milyardı qlaukoma, traxoma və katarakta kimi xəstəliklərdən əziyyət çəkir. Orta yaşlı insanlarda ən çox müşahidə edilən göz xəstəliyi isə kataraktadır. Xəstəliyin yaranmasının əsas səbəbləri əlverişsiz iqlim şəraiti, ağır həyat tərzi və gecikmiş diaqnozdur. Onlardan təxminən 65 milyon 200 minini müalicə etmək mümkündür.

Qeyd edək ki, 2000-ci ildə bir neçə könüllü həkimin iştirakı ilə yaradılan dərnək hazırda dünyanın bir çox yerində dinindən, dilindən, irqindən asılı olmayaraq insanlara tibbi yardım göstərir. Könüllü həkimlər təbii fəlakət, müharibə və epidemiyaların baş verdiyi bölgələrə gedərək orada yaşayanların sağlamlıq problemlərinin aradan qaldırılma istiqamətində fəaliyyət göstərirlər.

Fotosərgidə dərnək üzvlərinin fəaliyyətini əks etdirən şəkillər nümayiş olunur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.