CƏMİYYƏT


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının dini liderlərinin iclası keçirilib

İstanbul, 20 oktyabr, AZƏRTAC

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaşın təşəbbüsü ilə keçirilən videokonfransda hazırda İstanbulda olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

İclasda çıxış edən Allahşükür Paşazadə İƏT-ə üzv ölkələrin dini liderlərinə Qarabağdakı mövcud vəziyyətlə bağlı məlumat verib.

Qeyd edək ki, tədbirdə dünyanın 60 ölkəsindən nümayəndələr iştirak edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.