Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İstanbulda “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib

İstanbul, 25 sentyabr, АZƏRTAC

Sentyabrın 25-də İstanbul şəhərində “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak ediblər.

Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edib.

“Qurani-Kərim”dən ayələr oxunduqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, yarandığı dövrdən etibarən sülh, ədalət, bərabərlik kimi humanist ideyaları təbliğ edən İslam dini yayıldığı böyük coğrafiyada elmin, təhsilin və mədəniyyətin inkişafına təkan vermiş, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların qarşılıqlı hörmət və dostluq mühitində yaşamalarına zəmin yaratmışdır. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar, təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrinin İslam adı altında pərdələnən, dinimizlə heç bir əlaqəsi olmayan qruplar tərəfindən həyata keçirilməsi İslama və müsəlmanlara qarşı böyük haqsızlıq və ədalətsizlikdir. Bu gün dünyada törədilən terror aktlarının qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır.

Müraciətdə qeyd edilir ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmət və birgəyaşayışa mühüm çağırış və töhfədir.

Tarixin sınaqlarından çıxmış, “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.

Sonra IRCICA-nın baş direktorunun müavini Sadik Ünay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciətini oxuyub. Türkiyə Prezidenti müraciətdə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini və bu çərçivədə İstanbulda beynəlxalq konfrans təşkil olunmasını məmnunluqla qarşıladığını bildirir. Qeyd edir ki, Azərbaycan və Türkiyə öz qədim tarixlərindən və ortaq hədəflərindən aldıqları ilhamla mətinləşməyə nail ola biliblər. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərimiz illər keçdikcə daha da güclənir. Azərbaycan və Türkiyə üzv olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra əhəmiyyətli işlər görüblər.

Müraciətdə İslam həmrəyliyi təşəbbüsünün bir çox məsələlərdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də böyük fayda verəcəyi diqqətə çatdırılır.

Azərbaycan-Türkiyə münasibətlərinin sürətli inkişafında İslam amilinin böyük rol oynadığını vurğulayan IRCICA-nın baş direktoru Halit Eren Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını və bununla əlaqədar bir sıra ölkələrdə beynəlxalq konfransların təşkil edilməsini tarixi hadisə kimi dəyərləndirib. O qeyd edib ki, İslamın sülh və qardaşlıq dini olduğunu bütün dünyada təbliğ etmək, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü olan İslam həmrəyliyi fəlsəfəsinə hərtərəfli dəstək vermək çox önəmlidir.

Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə qorunduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hazırda yaşanan böhranlara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qorumağa davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumi, bəşəri məramlara xidmət edir. Bu, Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.

Şeyxülislam diqqətə çatdırıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməlində və “Bir millət, iki dövlət” fəlsəfəsinin bünövrəsində dini-mənəvi dəyərlərə sadiqlik, İslam həmrəyliyi ideyaları böyük önəm kəsb edir. Bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı İslam həmrəyliyinin ən bariz nümunəsidir.

“Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımları bəşəri cinayətlərin təkrarlanmasına rəvac verir. İllərdir Türkiyə dövləti amansız terrordan əziyyət çəkir, lakin bunu törədənlər terrorçu kimi tanınmırlar. Əzəli torpaqları, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasındadır. Axan günahsız insan qanları, yaşanan miqrant faciələri – özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılanması bizi narahat etməyə bilməz”, - deyə Allahşükür Paşazadə bildirib.

Türkiyədə davam etməkdə olan terror aktlarına qarşı kəskin etirazını ifadə edən şeyxülislam qeyd edib ki, FETÖ-nün 2016-cı ildə dövlət çevrilişinə cəhd hadisəsinə kəskin etiraz edən Azərbaycan xalqı bundan sonra da Türkiyə xalqının və dövlətinin yanında olacaq.

Azərbaycanda dini etiqad azadlığı, dinlər və təriqətlər arasındakı dostluq və qardaşlıq əlaqələrinin qorunması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Sovet İttifaqı dağılan dövrdə ölkəmizdə 17 məscid var idi. Bu gün isə onların sayı 2200-dən çoxdur. Son on ildə ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən çox məsciddə əsaslı təmir və yenidənqurma işləri görülüb. M.Qurbanlı bildirib ki, bu gün insanlığın ən qorxulu probleminə çevrilmiş radikalizm, ekstremizm, terrorizm minlərlə insanın ölümü, şəhərlərin dağıdılması, insanların öz vətənlərindən qovulması ilə nəticələnir. Terrorun, onu törədən terrorçunun dini və milli mənsubiyyəti olmur. Təəssüf ki, bütün bu antibəşəri aksiyanı sülh, sabitlik, sevgi dini olan İslam ilə eyniləşdirməyə çalışırlar.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, sevgiyə və birgəyaşayışa mühüm çağırışdır. “İslam Həmrəyliyi İli”nin məram və məqsədlərini qeyd edən komitə sədri təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması barədə qəbul etdiyi qətnamələr icra edilmir. Buna etiraz edən Türkiyə təcavüzkar Ermənistanla sərhədlərini bağlayıb. Türkiyə dostluq və qardaşlıq münasibətlərini yüksək tutaraq Azərbaycanı müdafiə etməkdədir. 2016-cı ilin iyulunda FETÖ tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edilməsi Azərbaycanda böyük narahatlıqla qarşılandı, terrorçu qüvvələrə qarşı sərt reaksiya göstərildi. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının göstəriciləri və həmrəylik nümunəsi kimi bütün dünyaya örnəkdir.

Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığını qeyd edən Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş XX əsrin sonunda bərpa edilən müstəqilliyimizin Türkiyədə böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. O qeyd edib ki, bir sıra müsəlman ölkələrində təlatümlər yaşandığı bir dövrdə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və bu çərçivədə görülən işlər bütün dünya üçün sülhsevərlik örnəyidir. Türkiyə bütün məsələlərdə olduğu kimi, İslam həmrəyliyi təşəbbüsündə də “Bir millət, iki dövlət” prinsipinə öz sədaqətini nümayiş etdirməkdədir.

Azərbaycanda dini etiqad azadlığının əzmlə qorunduğunu qeyd edən Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov parlamentimizin bu məsələlərlə bağlı qəbul etdiyi qanunlar barədə iştirakçılara məlumat verib. O bildirib ki, dini fəaliyyətə dair vahid dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığının təmin olunması üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, müxtəlif dinlər arasında qarşılıqlı anlaşma və ehtiram və digər məqamlar qeyd olunan qanunvericiliyin tərkib hissəsidir. Azərbaycan parlamenti bu məsələlərdə həmişə Prezident İlham Əliyevlə həmrəy olub.

Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafından danışıb. O qeyd edib ki, İslam həmrəyliyi sülh və inkişaf çağırışıdır. Hazırda bütün dünya ictimaiyyəti bu təşəbbüsün ortaya çıxardığı birlik və həmrəyliyə ehtiyac duyur. N.Ünüvar əminliklə qeyd edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə görülən işlər müsəlman xalqları arasında möhkəm əlaqələrin qurulmasına təsir göstərmək imkanında olan sülh və qardaşlıq çağırışıdır.

İslamın sülh və əmin-amanlıq, öldürən, yox yaşadan, məhv edən yox, qurub-yaradan, insanları və xalqları düşmən edən yox, qardaşlaşdıran din olduğunu söyləyən Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ hazırda dünyada İslam dini əleyhinə aparılan qərəzli təbliğatlara, İslamı terrorla eyniləşdirmək cəhdlərinə kəskin etirazını ifadə edib. O qeyd edib ki, əgər İslam dini düzgün təbliğ edilsə, “Quranı-Kərim” düzgün öyrənilsə, onun ayələrinin mənası insanlara doğru çatdırılsa dünya ictimaiyyəti asanlıqla terrorçu fəaliyyətlərin qarşısını ala bilər. Baş nazirin müavini bildirib ki, İslam dininin terrorla eyniləşdirilməsi dinimizə qarşı böyük bir məkrliliyin tərkib hissəsidir. Azərbaycan və Türkiyənin ortaq mədəniyyətdən, dəyərlərdən və ənənələrdən güc alaraq ortaya qoyduğu qardaşlıq və həmrəylik bütün müsəlman aləmi üçün nümunədir.

İslam həmrəyliyi təşəbbüsünün olduqca geniş məna kəsb etdiyini, bu təşəbbüsün bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezıdenti İsa Həbibbəyli qeyd edib ki, müsəlman dünyasının qarşılaşdığı haqsızlığa qarşı birgə mübarizəyə ehtiyac var. Bu məsələdə İslam maarifləndirilməsi günün aktual tələbidir ki, İslam həmrəyliyi bu məsələni də özündə əks etdirir. O qeyd edib ki, İslam xalqlarının ortaq mədəniyyətlərinin bölüşdürülməsi, xalqlarımızın müasir həyatını əks etdirən əsərlərin yazılması kimi məsələlər də İslam həmrəyliyinin tərkib hissəsidir. Prezident İlham Əliyevin İslam həmrəyliyi istiqamətində göstərdiyi təşəbbüs, dövlətimizin başçısının qəbul etdiyi qərarlar müsəlman ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələrin də möhkəm təməl üzərində qalmasına əsasdır. Ümummilli lider Heydər Əliyevin İslam dünyasının həmrəyliyi naminə böyük işlər gördüyünü diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar Ulu Öndərimizin sağlam ideyalarının davam etdirilməsidir.

Azərbaycan-Türkiyə münasibətlərinin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, müsəlman aləmində həmrəyliyə nail olmaq üçün böyük əsaslar var. Ümummilli lider Heydər Əliyevin İslam həmrəyliyi istiqamətində yürütdüyü siyasətin ayrı-ayrı məqamlarından danışan deputat əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” müsəlman dünyasının birliyinə nail olmağa, qarşılaşdığımız haqsızlıqların və ədalətsizliklərin aradan qaldırılmasına böyük töhfələr verəcək. O qeyd edib ki, İslam həmrəyliyinin möhkəm dayaqlarından biri də müsəlman xalqlarının ümumi maraqlarına aid informasiyaların dəqiq şəkildə bölüşdürülməsidir. Bunun üçün ilk növbədə KİV nümayəndələri müsəlman xalqlarının və ölkələrinin tarixi, mədəniyyəti və ənənələrini mükəmməl mənimsəməlidirlər. Buna nail olmaq üçün KİV-lər arasında möhkəm koordinasiya qurulmalı və media qurumları üçün də bu tipli konfranslar təşkil edilməlidir.

Bolqarıstanın Diyanət İşləri başqanı Mustafa Hacı, Rusiya Müsəlmanlarının Məclis başqanı, Moskva müftisi Albir Krqanov, Monteneqro Diyanət İşləri başqanı Rıfat Feyziç, Mərmərə Universitetinin ilahiyyat fakültəsinin dekanı Ali Köse, İstanbul müftisi Hasan Kamil Yılmaz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, professorlar Azmi Özcan, İrfan Gündüz, Haluk Alkan və başqaları müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və bu çərçivədə Azərbaycanda, Rusiyada, Finlandiyada, İranda və Türkiyədə beynəlxalq konfransların təşkili, bu mövzuda görülən digər işlər müsəlman dünyasının birliyinə nail olmaq istiqamətində tarixi missiya daşıyır. Bəzi müsəlman ölkələrinin və xalqlarının haqsız olaraq münaqişə və təcavüzlərlə üz-üzə qaldıqlarını ifadə edən çıxışçılar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləyiblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının iyirmi faizinin işğal altında saxlanılmasına əsas səbəb dünyadakı ikili standartlardır və bu ikili standartlar aradan qaldırılmalıdır. Bunun üçün İslam dünyası möhkəm həmrəyliyini davam etdirərək Azərbaycanın haqq işini fəal şəkildə müdafiə etməlidir. Əminliklə qeyd olunub ki, “İslam Həmrəyliyi İli” müsəlman ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksəlişi üçün böyük töhfələr verəcək. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı XX əsrin əvvəlində və sonunda çox ağır sınaqlardan üzüağ çıxıb. Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixlərə miras qalan xilaskarlıq missiyaları xalqlarımız tərəfindən böyük iftixarla yad olunur, onların əziz xatirələri həmişə ehtiramla anılır.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri, həmçinin dövlət başçılarının İslam həmrəyliyinə nail olmaq üçün göstərdikləri birgə səylər, eləcə də onların İstanbulda keçirilən “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransa dəstək vermələri yüksək qiymətləndirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfrans çərçivəsində Baş nazirin müavini Bəkir Bozdağ və Diyanət İşləri başqanı Ali Erbaş ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər əminliklə qeyd ediblər ki, dövlət başçılarımızın möhkəm siyasi iradələri və qardaşlıq münasibətləri əsasında Azərbaycan və Türkiyə daha böyük nailiyyətlər əldə edəcək.

Konfrans kommunikenin qəbul edilməsi ilə başa çatıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev konfransda iştirak edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq