Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İstanbulda Xəzər Forumu keçirilmişdir VİDEO

İstanbul, 5 dekabr (AZƏRTAC). İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, bp, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunmuşdur.

Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxumuşdur. Dövlətimizin başçısının məktubunda qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsi və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir.

Dövlətimizin başçısı siyasət, iqtisadiyyat, elm adamlarının iştirakı ilə aparılacaq müzakirələrin Avropanın enerji xəritəsini dəyişəcək yeni-yeni layihələrin meydana çıxmasına töhfə verəcəyini vurğulamış, Forumun işinin məhsuldar olacağına əminliyini bildirmiş və onun işinə uğurlar arzulamışdır.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi “Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcəkdir. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcəkdir. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji və kommunikasiya xətlərinin mərkəzi olacaqdır.

Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləmişdir. TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaqdır. Artıq hazırlıq işləri tamamlanmış və tezliklə tikintiyə başlanacaqdır. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaqdır.

Sonra Forum işini bölmə iclaslarında müzakirələrlə davam etdirmişdir.

“Xəzər regionunun nəqliyyat dəhlizi: Böyük İpək Yolunun canlanması” mövzusunda bölmə iclasında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, İpək Yolu strategiyası Azərbaycanın da aparıcı rol oynadığı kommunikasiya layihələri ilə daha da canlanmışdır. TRACECA layihəsinin əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars layihəsi (BTQ) və ilkin mərhələdə 10 milyon ton yük daşınmasına imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Limanı buna əyani sübutdur. “Marmaray” layihəsindən sonra BTQ–nin də tamamlanması zərurətə çevrilmişdir. Xəzər regionunda multi modal daşımaların sürətlənməsi və dəniz daşımalarının daha da artırılması prosesi hələ 1998-ci ildə keçirilmiş konfransda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.

Bölmə iclasında çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze, Sloveniyanın infrastruktur və planlaşdırma naziri Samo Omerzel, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Rumıniyanın nəqliyyat üzrə dövlət katibi Nikuşor Marian Bulça regional nəqliyyat layihələrinin əhəmiyyətindən danışmışlar.

Müzakirələr ““Cənub” dəhlizi: Regional enerji ehtiyatları üçün əsas marşrut” mövzusunda bölmə iclasında davam etdirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölmə iclasındakı çıxışında bildirmişdir ki, Azərbaycan ilə Avropa arasında etimadın təminatçısı kimi TANAP önəmli layihədir. “Cənub” dəhlizinin canlanmasının əsası Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında 2011-ci ildə Bakıda keçirilmiş görüşdə imzalanmış enerji sektorunda Strateji Tərəfdaşlıq haqqında Sazişlə qoyulmuşdur. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin sentyabr ayında “Şahdəniz” konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnmişdir. İlk mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaqdır. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaqdır. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaqdır. Bizim 3 trilyon təsdiq olunmuş qaz ehtiyatımız vardır. Türkiyə və Avropa üçün alternativ qaz mənbəyi bazarda rəqabəti də artıracaqdır. Artıq hazırlıq işləri tamamlanır. “Şahdəniz” konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz daşınması layihəsi üzərində də çalışır. Azərbaycanın həyata keçirdiyi kəşfiyyat işləri yeni qaz yataqlarının hasilatına da gətirib çıxaracaqdır. Yeni kəşf edilmiş “Abşeron” və “Ümid”, perspektivli “Şəfəq-Asiman” və “Babək” yataqlarını buna misal göstərmək olar. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır. Bu həcmdə qazın nəqli üçün əvvəlcə “Şahdəniz–1” qazını nəql edən “Cənub” qaz Qafqaz boru xəttinə veriləcək mavi yanacağın həcmi artırılacaq, sonra “Şahdəniz-2” qazını nəql edəcək və gələn il inşasına başlanacaq TANAP boru kəməri çəkiləcəkdir. Sonuncu layihə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi nəticəsində həyata keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, enerji təhlükəsizliyi bu gün dünya gündəmində yer alan ən mühüm mövzulardan biridir. Azərbaycan ortaqlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə götürdüyü öhdəlikləri böyük iradə ilə yerinə yetirməkdədir.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirmişdir ki, milli neft strategiyasının üç əsas amili vardır. Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində maliyyə və texniki imkanlar yox idi. Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli addımları ilə beynəlxalq enerji şirkətləri dəvət olundu. Sonra müxtəlif istiqamətlərdəki nəqliyyat marşrutlarından istifadə edildi və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm layihələr reallaşdı. Nəhayət, ən mühüm üçüncü addım Dövlət Neft Fondunun yaradılması oldu. Bu Fond TANAP kimi iri layihələri maliyyələşdirməklə yanaşı, təhsil və digər proqramlara da vəsait ayırır.

İclasda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Albaniyanın iqtisadiyyat, enerji və ticarət naziri Damian Qjiknuri, Gürcüstanın enerji nazirinin müavini Mariam Valişvili, bp şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birell, Türkiyənin BOTAŞ şirkətinin baş menecerinin müavini İbrahim Said Arınç, İtaliyanın Beynəlxalq Siyasət Araşdırmalar İnstitutunun direktoru Paolo Maqri “Cənub” qaz dəhlizinin və Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan ətraflı bəhs etmişlər.

Forumun sonunda “Xəzər mükafatı” laureatlarına mükafatların təqdim edilməsi mərasimi olmuşdur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İstanbulda Xəzər Forumu keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib