İstanbulda doqquz nəfər İŞİD üzvü saxlanılıb
AzerTAg.az
İstanbul, 19 fevral, AZƏRTAC
İstanbulda İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində daha bir əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin yeddi rayonunda paralel keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən doqquz nəfər saxlanılıb. Onlardan səkkizinin xarici ölkə vətəndaşı olduğu bildirilir. Saxlanılan şəxslərin İraq və Suriyada İŞİD terror təşkilatının tərkibində silahlı əməliyyatlarda iştirak etdikləri müəyyənləşdirilib.
Ələ keçirilən həmin şəxslərin evlərində axtarış aparılan zaman terror təşkilatına aid çoxlu sayda sənəd və rəqəmsal avadanlıq ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin mətnində orfoqrafik səhv var