CƏMİYYƏT


İstanbulda erməni terrorunun dünya ictimaiyyətinə çatdırılması məqsədilə maarifləndirici aksiya keçirilib

İstanbul, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da İstanbulun tarixi Qalata qülləsinin qarşısında Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə maarifləndirici aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində yerli əhaliyə, eləcə də turistlərə Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən təcavüzkar siyasəti, törətdiyi soyqırımı aktları, 44 günlük Vətən müharibəsi dövründə və müharibədən əvvəl ölkəmizə qarşı edilən təxribatlar barədə məlumat verilib.

Aksiya zamanı erməni terrorunu əks etdirən broşürlər paylanıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.