DÜNYA


İstanbulda tarixi məsciddə baş verən yanğın söndürülüb

İstanbul, 15 noyabr, AZƏRTAC

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində baş verən yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Valiliyindən açıqlama verilib.

Bildirilib ki, Türkiyə vaxtı ilə saat 13:30-da başlayan yanğının söndürülməsi işlərinə yanğınsöndürən maşınlarla yanaşı, üç xüsusi təhlükəsizlik qayığı da cəlb olunub. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, Vaniköy məscidi 1665-ci ildə İstanbulun ən qədim bölgələrindən biri olan Üsküdarda Vani Mehmet Əfəndi tərəfindən inşa olunub. Osmanlı padşahlarından olan Sultan İ.Mahmudun dövründə sultanın ziyarətgahı elan edilən məscidin tikintisində xüsusi dizayndan istifadə edilib. Digərlərindən fərqli olaraq bu məscidin tək minarəsi var.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.