ELM VƏ TƏHSİL


İstanbulun tarixini tədqiq etmək baxımından əhəmiyyətli mənbə

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində XIX əsr Osmanlı tarixinə dair kitab mühafizə olunur.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müəllifi Rusiya diplomatı, şərqşünas K.Bazili olan əsər “Konstantinopol oçerkləri” adlanır.

Kitab 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub. Nəşrdə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhəri haqqında etnoqrafik və coğrafi qeydlər, eləcə də Kiçik Asiya yarımadası və orada yaşayan xalqlar barədə məlumatlar verilib. Eyni zamanda, İstanbulun XIX əsrin I yarısına qədər olan siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr haqqında materiallar yer alıb.

Kitab İstanbulun tarixini tədqiq etmək baxımından əhəmiyyətli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.