CƏMİYYƏT


İstifadəyə yararsız qida məhsulu məhv edilib

Bakı, 15 aprel, AZƏRTAC

“Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə yararlılıq müddəti keçmiş qida məhsullarının məhv edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19 min 508 kiloqram olan 20-yə yaxın müxtəlif növlü qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.