MƏDƏNİYYƏT


İstiqlal Muzeyində “Dönüş: sabaha qalmayan qisas” sərgi-tədbiri keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Dönüş: sabaha qalmayan qisas” adlı sərgi-tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və heykəltəraş Güntay Hüseynli çıxış ediblər.

Sərgidə tanınmış rəssam Vaqif Ucatayın azərbaycanlıların soyqırımına aid “Bax!, gör!, unutma!” adlı 73 ədəd qrafika janrında çəkdiyi əl işləri nümayiş etdirilir.

Sərgi martın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.