MƏDƏNİYYƏT


İstiqlal Muzeyində II Dünya müharibəsi illəri ilə bağlı ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyində yaradılan II Dünya müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur.

AZƏRTAC-a İstiqlal Muzeyindən verilən məlumata görə, muzey əməkdaşlarının gərgin əməyi sayəsində bu mövzuya həsr olunan 700-dən artıq eksponat toplanıb. Bunlar II Dünya müharibəsini əks etdirən orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır.

Bildirilib ki, muzeydə dəfələrlə qələbənin yubileyinə, müharibə qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş tədbirlər, sərgilər, açıq dərslər keçirilir. Moskvadakı Böyük Vətən müharibəsi muzeyində 2015-ci il aprelin 28-də “Birlikdə əldə edilmiş Qələbə” forumu çərçivəsində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərgi açılıb.

Azərbaycana həsr olunmuş ekspozisiyada Azərbaycan İstiqlal Muzeyinin fondlarından 47 eksponat nümayiş olunub.

Qeyd edilib ki, İstiqlal Muzeyi ötən il dekabrın 25-də Moskva Qələbə Muzeyi yanında Beynəlxalq Komitəyə üzv olub. Komitə II Dünya müharibəsində qələbəyə dair tarixi abidələrin qorunub saxlanılması və beynəlxalq mədəni maarifpərvərlik tədbirlərinin birgə təşkil olunması istiqamətində fəaliyyət göstərir. Əməkdaşlıq haqqında razılaşma və üzv olma memorandumu 1941-45–ci illər Böyük Vətən müharibəsi mərkəzi muzeyinin direktoru Şkolnin Aşy və Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tərəfindən imzalanıb.

Moskva Qələbə muzeyi yanında Beynəlxalq Komitəyə muzeyimizin daxil olması bütün işlərin uğurla aparılması üçün yeni mərhələ olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.