MƏDƏNİYYƏT


İstiqlal Muzeyindən növbəti sərgi - “Ümummilli lider Heydər Əliyev xatirələrdə”

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəxsi heyətə Ümummilli Liderin fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğu “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.

Sonda hərbçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.