CƏMİYYƏT
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 27-28-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində gecə və səhər hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 11-16°, dağlıq rayonlarda 6-9° isti olacağı proqnozlaşdırılır.
Lənkəran-Astara bölgəsinin bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 15-20°, dağlıq rayonlarda 10-15° isti olacağı bildirilir.
Aran rayonlarının bəzi yerlərində yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21° isti olacaq.
Paytaxtın bəzi yerlərində yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal–qərb küləyi əsəcək, oktyabrın 27-də gündüz, 28-də gün ərzində mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 16-20° isti olacağı gözlənilir.