CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 15 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 16-17-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində fevralın 16-17-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-9° isti, dağlıq rayonlarda 0-3° şaxta olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Fevralın 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 5-8°, dağlıq rayonlarda 0-3° isti olacağı bildirilir.

Aran rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 17-də gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 17-si gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 7-12° isti olacağı gözlənilir.

Paytaxtda yaxın iki gün ərzində havanın arabir yağıntılı olacağı, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 5-7° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.