CƏMİYYƏT


İstirahətə gedənləri yağıntılı hava şəraiti gözləyir

Bakı, 8 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda iki gün ərzində bu bölgədə nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə yağan yağış leysan xarakterli olacaq. Havanın temperaturunun dağətəyi rayonlarda 22-27°, dağlıq rayonlarda isə 12-17° isti olacağı proqnozlaşdırılır.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 9-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturunun 23-28° isti olacağı bildirilir.

Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq.

İyunun 10-da gündüz havanın yağmursuz olacağı ehtimal olunur. Havanın maksimal temperaturunun 27-32° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, iyunun 9-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30° isti təşkil edəcək.

Paytaxt Bakıda isə iyunun 9-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, gündüz və iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-29° isti olacağı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.