CƏMİYYƏT


İsveç alimləri “təxirəsalma” sindromuna qarşı yeni müalicə metodu işləyib hazırlayıblar

Stokholm, 21 avqust, AZƏRTAC

Bir qrup stokholmlu alim prokrastinasiya deyilən və bir növ bu günün işini sabaha qoymaq kimi xarakterizə olunan “təxirəsalma” sindromuna daim meyilli olmağın qarşısını necə almalı sualına cavab tapa bilib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, problemi koqnitiv-davranış terapiyası həll edə bilər.

Stokholm Universitetinin tədqiqatçılar qrupunun rəhbəri Aleksandr Rozental jurnalistlərə müsahibəsində deyib: “Öz işini sonraya saxlamaq hamıya xas olan xüsusiyyətdir və bu, normal fenomendir. Adətən elə bir əsəbiliyə və məyusluğa da səbəb olmur”. Ancaq alimin sözlərinə görə, elə adamlar var ki, onlar həmişə bu günün işini sabaha saxlayırlar və belə təcrübə onların həyatına pis təsir göstərir. A.Rozental deyib: “Bu da onlarda səbəbsiz narahatlıq və xəcalət hissi və komplekslər yaradır”.

Jurnalistlər bildirirlər ki, bu vərdişdən yaxa qurtarmaq çox çətindir. İnsanlar əvvəlcə belə davranışa əhəmiyyət vermirlər, ancaq sonralar prokrastinasiya onların həyat tərzinə çevrilir. Nəticədə insan səbəbsiz yerə həyəcan keçirir, xəcalət çəkir və komplekslərdən əziyyət çəkir.

Alimlər bildirirlər ki, vəziyyəti dəyişməyə davranış terapiyası kömək edə bilər. Xoşagəlməz vərdişlərin faydalı vərdişlərlə əvəzlənməsinin köməyi ilə problemli davranışın düzəldilməsinə yönəldilən bu cür terapiya fobiya və posttravmatik stress pozğunluğundan əziyyət çəkən pasiyentlərin müalicəsində səmərəli olduğunu təsdiq edib.

Yeni müalicə metodu hazırlamaq üçün tədqiqatçılar bu xəstəlikdən əziyyət çəkən insanları identifikasiya ediblər. Onlar 1-dən 60-dək şkalası üzrə xəstəliyin gücünü göstərən anketi doldurmağı könüllü tələbələrdən xahiş ediblər. Orta statistik insan 30 xal toplayır. Buna görə də könüllülər 40 baldan çox toplayıblar.

Alimlər qrupu könüllüləri iki qrupa ayırıblar. Qırx səkkiz nəfərdən ibarət birinci qrup həftəlik internet terapiyası keçib. Burada onlara mütaliə üçün materiallar, çalışmalar və faydalı tövsiyələr verilib. Qırx dörd adamdan ibarət ikinci qrupun üzvləri isə təcrübəli terapevtlərin başçılıq etdikləri kiçik qruplara bölünərək ikihəftəlik fərdi terapiya seansları qəbul ediblər.

Eksperimentlərin sonunda bütün könüllülər öz göstəricilərini yaxşılaşdırıblar. A.Rozental deyib: “Biz vəziyyətin xeyli yaxşılaşdığının şahidi olduq. Altı aydan sonra yenidən testlər keçirəndə məlum oldu ki, pasiyentlərin 34 faizinin göstəriciləri orta statistik səviyyəyə uyğundur. Pasiyentlər öz göstəricilərini orta hesabla 10 bal yaxşılaşdırıblar”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.