DÜNYA
İsveç parlamenti partiyalarının hesabatı: NATO-ya üzvlük ölkənin təhlükəsizliyini artıracaq
Stokholm, 13 may, AZƏRTAC
İsveç parlamenti partiyaları hesab edir ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyini artıracaq.
AZƏRTAC xəbər verir ki, onlar cümə günü İsveç hökumətinin üzvləri tərəfindən ictimaiyyətə təqdim edilən təhlükəsizliklə bağlı vəziyyətin təhlilinin nəticələrinə əsasən bu qənaətə gəliblər. Gözlənildiyi kimi, hesabat İsveçin Şimali Atlantika Alyansına ehtimal olunan üzvlük məsələsi üzrə bundan sonra qəbul ediləcək qərar üçün mühüm əsas olacaq.
Krallığın səkkiz parlament partiyası tərəfindən hazırlanan təhlükəsizlik təhlilində deyilir ki, İsveçin NATO üzvlüyünə qəbul edilməsinin başlıca nəticəsi bu ölkənin alyansın kollektiv təhlükəsizliyi sisteminin bir hissəsinə çevrilməsi olacaq.
Təsdiq edilir ki, İsveçin NATO-ya ehtimal olunan üzvlüyü də hərbi münaqişələrin yaranma riskini azaldacaq və bununla da Şimali Avropa məkanında çəkindirici effekti təmin edəcək.
Hesabata əsasən, İsveç alyansın üzvü olmadan NATO və ya Birləşmiş Ştatlar tərəfindən onun təhlükəsizliyinə zəmanət verilməsi perspektivləri kiçik dəyərləndirilir. Həmçinin NATO çərçivəsi xaricində digər ikitərəfli müdafiə alyanslarının yaradılması qeyri-real hesab olunur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm