DÜNYA


İsveçdə cinayətkarlar polisi dronlar vasitəsilə güdürlər

Stokholm, 11 may, AZƏRTAC

İsveçdə cinayətkarlar polisi dronların köməyi ilə güdürlər.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, Höteborqun şimal-şərqində patrul xidməti aparan polis əməkdaşlarının sözlərinə görə, cinayətkarlar hüquq mühafizəçilərinin əlinə düşməməkdən ötrü şəhərin hər yerində, ola bilər Stokholm və Malmödə də kiçik pilotsuz aparatlardan istifadə etməyə başlayıblar.

İsveç polisləri, həmçinin bildiriblər ki, bu vəziyyət onların işində çətinliklər yaratsa da, uçan dronları gördükləri zaman öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Polis əməkdaşları kriminal dəstələrə məxsus dronlar üzərində daha çox nəzarətə malik olmalarını istərdilər, lakin bu dronlardan cinayətkarlar tərəfindən hansı məqsədlə istifadə olunmasını sübut etmək çox çətindir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.