DÜNYA


İsveçdə koronavirusa yoluxan uşaqların sayı artır

Stokholm, 16 fevral, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda koronavirusa yoluxduqlarına görə sağlamlıq problemlərindən əziyyət çəkən uşaqların sayı artır.

Stokholm üzrə 200-dən çox uşağa uzunmüddətli koronavirus xəstəliyi diaqnozu qoyulub. Bu cür uşaqların orta yaşı 11-13-dür.

Ümumilikdə paytaxtda 214 uşağa xroniki koronavirus infeksiyası diaqnozu qoyulub.

İsveç hökuməti uşaqları koronavirusun səbəb olduğu fəsadlardan necə müalicə etməklə bağlı tədqiqatlara 50 milyon kron (6 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.