ELM VƏ TƏHSİL


İsveçdə turoperator şirkəti robotu işə götürüb

Bakı, 3 sentyabr, AZƏRTAC

Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb.

AZƏRTAC “rambler.ru” saytına istinadla xəbər verir ki, yeni əməkdaş olan "Pepper" adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.

Robot danışığı başa düşür: yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilər.

Kruiz və otel biznesində robotlardan istifadə təcrübəsi artıq olub, lakin turoperatorun ofisində belə texnikadan ilk dəfə istifadə ediləcək.

Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.