İDMAN


İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb

Bakı, 28 sentyabr, AZƏRTAC

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

AZƏRTAC xəbər verir ki, futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub.

Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə imkan verməyib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.