ELM VƏ TƏHSİL


İsveçrə şirkəti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 15 avqust, AZƏRTAC 

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) və İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyinin – “SGS Azeri LTD” MMC-nin rəhbərlikləri arasında görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, direktor müavini Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin müdiri Arzu Əlizadə, “SGS Azeri LTD”nin icraçı direktoru Seymur Ağayev və başqaları iştirak ediblər.

Görüşdə qeyd olunub ki, mərkəzi qərargahı İsveçrədə yerləşən 97 min işçisi olan qlobal “SGS” şirkəti hazırda dünya üzrə çoxsaylı ofis və laboratoriyaya, geniş müştəri bazasına malikdir. Şirkət AMEA YT Park ilə əməkdaşlıqda maraqlıdır.

Sonra nümayəndə heyəti beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyası ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.