DÜNYA


İsveçrədə yay aylarında uşaq və yeniyetmələrin də koronavirusa qarşı peyvəndi aparılacaq

Bern, 24 aprel, AZƏRTAC

İsveçrədə iyul ayından başlayaraq uşaq və yeniyetmələrin də koronavirusa qarşı peyvəndinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Federal Səhiyyə İdarəsinin (BAG) rəhbəri Anne Levi təsdiqləyib. O, bildirib ki, ölkəyə gətiriləcək peyvənd partiyalarının yaxın müddətdə artacağını nəzərə alaraq peyvənd proqramına uşaq və yeniyetmələrin də daxil edilməsi nəzərdə tutulur.

Plana əsasən iyul ayından ilin sonunadək 12 yaşdan yuxarı uşaqların, ilin sonunda isə 12 yaşdan aşağı uşaqların peyvəndi aparılacaq. A.Levi peyvəndləmə prosesinin sürətinin ölkəyə gətirilən peyvənd miqdarı və kantonların hazırlıq işlərindən də asılı olduğunu diqqətə çatdırıb.

BAG rəhbərinin sözlərinə görə, İsveçrə ümumilikdə 35 milyon peyvənd dozası üçün müxtəlif istehsalçılarla müqavilələr bağlayıb. Onların bir hissəsi gələn il ölkəyə çatdırılacaq.

Hazırda qarşıda duran mühüm sual uşaq və yeniyetmələr üçün peyvəndin uyğun dozasının müəyyən edilməsidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.