İDMAN


İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

İyirmi ildən sonra Beynəlxalq Qılıncoynatma Federasiyasının ilin yekunlarına həsr olunan konqresi Beynəlxalq Olimpiya Komitəsinin yarandığı Lozanna şəhərində baş tutub.

AZƏRTAC xəbər verir ki, 300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı “SwissTech Convention” mərkəzində keçirilib.

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov tədbir iştirakçılarını salamladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax FİE prezidentinə olimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib.

Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb.

Konqresdə ölkəmizi Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov təmsil edib.

Qeyd edək ki, hazırda Beynəlxalq Qılıncoynatma Federasiyasına 157 ölkə üzvdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.