İDMAN


İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb

Bakı, 2 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 1-də futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, son 11 oyunda məğlub olmayan “Milan” öz meydanında “Kalyari” komandasını qəbul edib. Rafael Leao, Zlatan İbrahimoviç və Samuel Kastilyexonun qolları sayəsində növbəti qələbəsini qazanan “Milan” xal ehtiyatını 66-a çatdıraraq çempionatı altıncı pillədə, “Kalyari” isə 45 xalla 13-cü yerdə başa vurub.

Çempionluğu ötən həftə qazanmış “Yuventus” öz meydanında əzəli rəqibi “Roma”nı qəbul edib. Dörd qol vurulan görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb. Turin təmsilçisi cari mövsümdə öz meydanında ilk dəfə məğlubiyyətə uğrayıb. “Roma” bu qələbədən sonra 70 xal toplayaraq A Seriyasını beşinci, “Yuventus” isə 83 xalla birinci yerdə tamamlayıb

Sonuncu turun maraq doğuran digər qarşılaşması “San Paolo” stadionunda oynanılıb.

“Latsio” klubunu qəbul edən “Napoli” 3:1 hesabı ilə qalib gəlib.

“Atalanta” öz meydanında “İnter”ə məğlub olub - 3:1. “Sampdoriya”-“Breşiya” oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Beləliklə, İtaliyanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında “Yuventus”, “İnter”, “Atalanta” və “Latsio”, UEFA Avropa Liqasında isə “Milan”, “Roma” və “Napoli” klubları təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.