İDMAN


İtaliya A Seriyası: “Milan” səfərdə “Torino” klubunu darmadağın edib

Bakı, 13 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 12-də futbol üzrə İtaliya A Seriyasının 36-cı turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Milan” klubu səfərdə “Torino”nun qonağı olub.

Görüş milanlıların 7:0 hesablı qələbəsi ilə başa çatıb.

“Milan”ın heyətində Teo Hernandes (2), Ante Rebiç (3), Frank Kessi və Brahim Diaz fərqləniblər.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 75-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədəki yerini qoruyub saxlayıb. “Torino” isə 35 xalla 16-cı yerdə qərarlaşıb.

Sona beş tur qalmış çempionluğunu rəsmiləşdirmiş “İnter” öz meydanında “Roma” komandasını qəbul edib. Gərgin keçən görüşdə “İnter” qələbə qazanıb - 3:1.

Son turlarda qeyri-stabil oyunu ilə diqqət çəkən “Yuventus” bu turda qələbə qazanmağa nail olub. “Yuventus” səfərdə “Sassuolo” klubunu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İtaliya A Seriyasında UEFA Çempionlar Liqası üçün vəsiqə uğrunda mübarizə hazırda davam edir. Belə ki, ikinci pillədə yer alan “Atalanta”nın 75, “Milan”ın 75, “Napoli”nin 73, “Yuventus”un isə 72 xalı var. Cari mövsümün sonuna iki tur qalıb.

Otuz altı turda qeydə alınan digər görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

“Atalanta” – “Benevento” - 2:0;

“Bolonya” – “Genoa” - 0:2;

“Latsio” - “Parma” - 1:0;

“Sampdoriya” - “Spezia” - 2:2.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.