İDMAN


İtaliya A Seriyası: “Yuventus” bu mövsüm ilk dəfə məğlub olub

Bakı, 8 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 7-də İtaliya A Seriyasının 15-ci turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Stadio Olimpiko” stadionunda keçirilib. “Latsio” son çempion “Yuventus”u qəbul edib.

Görüşdə hesabı qonaqlar 25-ci dəqiqədə Kriştiano Ronaldo ilə açsalar da, meydan sahibləri ardıcıl üç qol vuraraq vacib üç xal qazanıb. “Latsio”nun heyətində Luiz Felipe (45), Milinkoviç Saviç (74) və Felipe Kaisedo (90) fərqləniblər.

Bu, “Yuventus”un cari mövsüm ilk məğlubiyyətidir. Turinlilər 36 xalla ikinci, “Latsio” isə 33 xalla üçüncü yerdə qərarlaşıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.