İDMAN
İtaliya A Seriyası: “Yuventus” cari mövsümdə ikinci dəfə məğlub olub
Bakı, 13 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 13-də İtaliya A Seriyasının 32-ci turuna SPAL - “Yuventus” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Yuventus” gözlənilmədən oyunda məğlub olub – 1:2. “Yuventus” 30-cu dəqiqədə Moise Kinin qolu ilə hesabda irəli çıxıb. Lakin “SPAL” matçın 49-cu və 71-ci dəqiqələrində Kevin Bonifazinin və Sercio Flokkarinin qolları ilə hesabda irəli çıxıb. “Yuventus”un cəhdlərinə baxmayaraq, oyunda hesab dəyişməyib.
Bu, “Yuventus”un cari mövsümdə ikinci məğlubiyyəti olub. Turin təmsilçisi martın 17-də səfərdə “Cenoa”ya 0:2 hesabı ilə məğlub olmuşdu.
Hazıra İtaliya A Seriyasına 84 xalla “Yuventus” başçılıq edir. İkinci sırada qərarlaşan “Napoli”nin 64, üçüncü pillədə yer alan “İnter”in 57 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]