DÜNYA
İtaliya “Facebook”u 5 milyon avro cərimə edə bilər
Roma, 25 yanvar, AZƏRTAC
İtaliya Antiinhisar Komitəsi istifadəçi məlumatlarının istifadəsi ilə bağlı tam məlumat verməməsinə görə “Facebook”a qarşı sanksiya tətbiqinə başlayıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Antiinhisar Komitəsi şirkətin sosial şəbəkələrdə qeydiyyata alındıqdan sonra istifadəçi məlumatlarının toplanması və kommersiya istifadəsi ilə bağlı kifayət qədər məlumat vermədiyini müəyyən edib. “Facebook” şirkətinə bununla bağlı müraciət göndərilsə də, hələ ki, heç bir cavab gəlməyib.
Sanksiya tətbiqindən əlavə “Facebook” dəymiş ziyanın ödənməsi üçün 5 milyon avroya qədər cərimə ilə də üzləşə bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
- 19.03.2024 [13:34]
Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb
- 19.03.2024 [13:02]