DÜNYA


İtaliya “Moria” qaçqın düşərgəsindən 300 nəfəri qəbul edəcək

Bakı, 23 sentyabr, AZƏRTAC

İtaliya Yunanıstanın Lesbos adasında yerləşən və yanğından sonra tamamilə yaşanmaz vəziyyətə düşən “Moria“ qaçqın düşərgəsindən 300 nəfəri qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Roma şəhərində Müqəddəs Eqidio katolik icması tərəfindən təsdiqlənib və İtaliyanın Daxili İşlər Nazirliyi ilə müvafiq sazişin bağlanacağı bildirilib. İcmanın yaydığı məlumatda diqqətə çatdırılıb ki, bu, Avropa İttifaqının qaçqınların qəbuluna dair çağırışına İtaliyanın verdiyi ilkin cavabdır.

Qeyd edilməlidir ki, Lesbos adasında yerləşən qaçqın düşərgəsində baş verən yanğından sonra təxminən 12 min miqrant sığınacaqdan məhrum olub. Avropa ölkələri arasında Almaniya həmin düşərgədən ən çox qaçqını qəbul etməyə hazırdır. İndiyədək 2750 qaçqının Almaniyada yerləşdirilməsinə razılıq verilib. Avropanın bir sıra ölkələri, xüsusilə də Avstriya hökuməti qaçqın düşərgəsindən miqrant qəbul etməkdən imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.