RƏSMİ XRONİKA
İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib YENİLƏNİB
Roma, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.
Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu.
Sonra birgə foto çəkdirildi.
Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verildi.