İQTİSADİYYAT


İtaliya agentliyi Azərbaycanın qaz sektorundan bəhs edən məqalə yayıb

Roma, 26 aprel, AZƏRTAC

İtaliyanın nüfuzlu “Agenzia Nova” agentliyinin saytında “Şahdəniz” yatağından 100 milyard kubmetrdən çox qaz hasil edilib” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışı zamanı söylədiyi fikirləri yer alıb.

Bildirilib ki, indiyədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib. 2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 8,1 milyard kubmetr olub. Qeyd edilib ki, ölkənin qaz ixracı 26,6 faiz artaraq 3,2 milyard kubmetrə çatıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.