SİYASƏT
İtaliya ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb VİDEO
Roma, 2 mart, AZƏRTAC
Kataniya şəhərində səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə yerli “Globus Television” televiziya kanalının “Üz-üzə” verilişinin qonağı olub.
Jurnalist Antonella Qulyelminonun aparıcılıq etdiyi verilişdə səfir Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, habelə Azərbaycan-İtaliya əməkdaşlığı və Siciliya regionu ilə iqtisadi-mədəni əlaqələrin inkişafı imkanları mövzularında sualları cavablandırıb.
Müsahibənin videosu ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?v=IJT-ctm2J1U&app=desktop
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma