İDMAN


İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 23 fevral, AZƏRTAC

İtaliya A Seriyasında çıxış edən “Kalyari” klubuna yeni baş məşqçi təyin olunub.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın sükanı arxasına Leonardo Smpliçi gətirilib.

Əlli dörd yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə fevralın 22-də istefaya göndərilmiş Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, “Kalyari” 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.