DÜNYA


İtaliya sahillərində 300-dək miqrant xilas edilib

Roma, 26 noyabr, AZƏRTAC

İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Aralıq dənizində balıqçı gəmisində köməksiz qalan 296 miqrantı xilas ediblər.

AZƏRTAC xəbər verir ki, xilasetmə əməliyyatı 3 patrul gəmisi və bir təyyarə ilə Lampeduza adasından 14 mil uzaqlıqda aparılıb. Miqrantların 8-i uşaq, 14-ü isə qadındır.

Bundan başqa, İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə təhlükəsiz liman ayrılmasını gözləyən Almaniyanın “Sea Watch” qeyri-hökumət təşkilatının xilasetmə gəmisindən isə 8-i hamilə qadın olmaqla 12 nəfəri təxliyə ediblər. Hazırda gəmidə qalan miqrantların sayı 463-dür.

Aralıq dənizində müxtəlif əməliyyatlarda 482 nəfəri xilas edən “Sea Watch-4” gəmisindən birinci mərhələdə 7 nəfər, ikinci mərhələdə isə 12 nəfər sağlamlıq vəziyyəti ilə əlaqədar təxliyə olunmuşdu.

Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsi son illərdə Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.