DÜNYA


İtaliyada Ndranqeta mafiya qruplaşmasının 30-dan artıq üzvü həbs edilib

Roma, 16 fevral, AZƏRTAC

İtaliya polisi narkotiklərin beynəlxalq ticarətində şübhəli bilinən 33 şəxsi həbs edib.

AZƏRTAC xəbər verir ki, paytaxt Romada, Kalabriya regionunun Reqqio, Toskana regionunun Qrosseto şəhərlərində, eləcə də Veneto regionunda həbs edilənlərin Ndranqeta mafiyasının üzvü olduğu iddia edilir. Prokurorluq orqanları həbs edilən şəxslərə qarşı narkotiklərin beynəlxalq ticarətində iştirak, qanunsuz silah gəzdirmə və iş adamlarını şantaj etmə maddələri üzrə ittiham irəli sürüblər. Cinayət əməllərinin izlərinin Ndranqeta şəbəkəsinin xətti ilə Cənubi Amerikaya qədər gedib çıxdığı bildirilir.

Qeyd edilməlidir ki, Ndranqeta İtaliyada ən qəddar və güclü mafiya təşkilatlarından biridir. Narkotik vasitələrin beynəlxalq ticarəti bu təşkilatın əsas gəlir mənbəyi sayılır. Hazırda Kalabriya regionunun Lamezia Terme şəhərində bu təşkilata daxil olan 300-dək cinayətkara qarşı məhkəmə prosesi aparılır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.