DÜNYA


İtaliyada azyaşlıları sosial medianın zərərlərindən qorumaq üçün yeni qanun layihəsi hazırlanıb

Roma, 12 may, AZƏRTAC

İtaliyanın Ədliyyə Nazirliyi azyaşlı uşaqları sosial medianın zərərlərindən qorumaq üçün yeni qanun layihəsi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, uşaqların sosial media şəbəkələrinə daxil olması müəyyən qaydalar əsasında mümkün olacaq. Sosial media şəbəkələrində yeni hesab açarkən insanlardan daha ətraflı məlumat istəniləcək, həmçinin şəxsiyyət yoxlama sistemi tətbiq olunacaq.

İtaliya hökuməti bununla uşaqların erkən yaşda sosial şəbəkələrdən istifadəsinin qarşısını almağı nəzərdə tutur. Həmçinin yaşını az göstərərək hesab açanların və pis niyyətlə azyaşlılara təsir göstərmək istəyənlərin qarşısı alınacaq. Bu şəbəkələrdən pedofiliya üçün istifadə etməyə cəhd edənlərin də qarşısı alınacaq.

Qeyd edək ki, son dövrlərdə İtaliyada sosial mediadan zərər görən azyaşlıların sayı artmaqdadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.