DÜNYA


İtaliyada əhalinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək

Roma, 18 may, AZƏRTAC

İtaliyada ölkə əhalisinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək.

AZƏRTAC xəbər verir ki, hökumət birdəfəlik yardımla pandemiya və artan enerji qiymətləri fonunda iqtisadi və investisiyaların cəlbi sahəsində aktivliyi artırmaq, eləcə də ev təsərrüfatlarına və kiçik bizneslərə dəstəyi nəzərdə tutur.

Təxminən 31,5 milyon nəfərə şamil olunacaq birdəfəlik yardım illik gəliri 35 min avrodan az olanlara veriləcək. İşçilər və tələbələr üçün 60 avrodan başlayan ictimai nəqliyyat vauçerləri də elektron şəkildə ödəniləcək və dekabr ayına qədər istifadə edilə bilər.

Həmçinin birdəfəlik müavinətin maliyyələşdirilməsi üçün 500 milyon avroluq xüsusi fond yaradılır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.