DÜNYA


İtaliyada əllidən çox tibb müəssisəsi bağlanıb

Roma, 12 may, AZƏRTAC

İtaliyada qanun pozuntularına yol verdiyinə görə 52 tibb müəssisəsi (kosmetik klinika) bağlanıb.

AZƏRTAC xəbər verir ki, klinikalardakı yoxlamalar bu ölkənin Səhiyyə Nazirliyinin tapşırığına əsasən İtaliyanın Milli Elmlər Akademiyasının səhiyyə və gigiyena polisləri tərəfindən aparılıb.

Ümumilikdə 607 mərkəzdən 172-də qanun pozuntusu aşkar edilib.

Polis, həmçinin əksəriyyəti döymə sənayesində istifadə edilən on minlərlə qeyri-qanuni kosmetik məhsul müsadirə edib. Ələ keçirilmiş məhsullar təxminən 150 min avro dəyərində olub.

Polisin məlumatına görə, bundan başqa, təxminən 40 min qanunsuz bağlama müsadirə olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.