İtaliyada indiyədək 10 milyondan çox insan COVID-19-dan sağalıb
AzerTAg.az

Roma, 12 fevral, AZƏRTAC
İtaliyada pandemiyanın başlanğıcından bəri koronavirusdan sağalanların sayı ümumilikdə 10 milyon nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi ölkədə virusa gündəlik yoluxma hallarında azalmanın olduğunu, pozitivlik nisbətinin isə 10,1 faiz təşkil etdiyini açıqlayıb.
Ötən sutkada İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 67 min 152 nəfər artaraq 11 milyon 991 min 109-a yüksəlib. Virusun qurbanlarının sayı 334 nəfər artaraq 150 min 555-ə çatıb. Hazırda ölkədə 1 milyon 751 min 125 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı isə 1265 nəfərdir.
Pandemiya dövründə İtaliyada 10 milyon 89 min 429 nəfər virusdan sağalıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var