Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyada keçirilən beynəlxalq konfransda Ermənistanın son hərbi təxribatlarından danışılıb VİDEO

Roma, 27 iyul, AZƏRTAC

İtaliyanın tanınmış “Nodo di Gordio” beyin mərkəzi ilə “Vox Populi” tədqiqat mərkəzinin ənənəvi olaraq təşkil etdiyi XVII Dünya İqtisadiyyatı və Geosiyasətinə Baxış konfransının “Aralıq dənizində yeni tarazlıqlarda qaliblər və məğlublar” adlı builki buraxılışı çərçivəsində “Avrasiya: enerji və mədəniyyətlər” adlı paneldə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin videomüraciəti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, hər ilin iyul ayında 3 gün ərzində İtaliyanın Trentino Alto Adice regionunda keçirilən bu konfransda İtaliyanın və digər ölkələrin beynəlxalq iqtisadiyyat və geosiyasət sahəsində tanınmış mütəxəssisləri, siyasi-ictimai fikrə təsir edən xadimləri, parlamentarlar, diplomatlar, jurnalistlər, iri şirkətlərin rəhbər şəxsləri iştirak edirlər. Bu il pandemiyadan irəli gələn mövcud məhdudiyyətlər səbəbindən natiqlərin bir qismi tədbirdə videomüraciət formasında çıxış ediblər.

Azərbaycan diplomatı cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində ən yadda qalan məqamlar, COVID-19-a qarşı mübarizədə ölkəmizin beynəlxalq təşəbbüsləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, törətdiyi son hərbi təxribatlar və bu təxribatların Avropanın enerji təhlükəsizliyinə təhdid olması barədə danışıb. Cari ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığında yeni səhifə açdığını, səfər zamanı keçirilmiş görüşlərin, təşkil olunmuş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti ilə İtaliya Respublikası Baş Naziri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilmsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında əlaqələrin hazırkı yüksək səviyyəsinin təcəssümü olması ilə yanaşı, növbəti illərdə strateji tərəfdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi üçün güclü əsas yaratdığını bildirib.

Azərbaycan və İtaliyanın bütün məqamlarda yaxın dost kimi bir-birinin yanında olduğunu da deyən diplomat pandemiya dövründə iki ölkənin qarşılıqlı humanitar, sosial və mədəniyyət sahələrində müxtəlif təşəbbüslərlə yaxınlıq və həmrəylik nümayiş etdirdiyini deyib. Azərbaycanın qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi fəaliyyəti barədə də danışan səfir bu xüsusda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidentinin BMT-nin videokonfrans formasında xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130 ölkə, o cümlədən İtaliya tərəfindən də dəstəkləndiyini qeyd edib.

Çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları mövzusundan ətraflı bəhs edəm diplomat 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal edildiyini və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü bildirib. O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi avantüranın işğal siyasətinin davamı olduğu və törətdiyi cinayətlərinə görə cəzalandırılmadığından irəli gəldiyini deyib. Ermənistanın bu avantürasının arxasında dayanan məkrli niyyət və məqsədlər barədə məlumat verən səfir bunun Ermənistan rəhbərliyinin həmin ölkədəki ağır daxili vəziyyətdən diqqəti yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək, məsələyə üçüncü tərəfləri cəlb etmək, strateji enerji və nəqliyyat infrastrukturunu hədəf almaqdan ibarət olduğunu bildirib. Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının, habelə Avropaya, xüsusilə də İtaliyaya təbii qazı tədarük edəcək, son hissəsi Trans Adriatik boru kəməri olan Cənub Qaz Dəhlizinin keçdiyi strateji bölgə olduğunu deyib.

Çıxışının sonunda diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında fərq qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistana öz işğalçılıq siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, bu ölkə cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İtaliyada keçirilən beynəlxalq konfransda Ermənistanın son hərbi təxribatlarından danışılıb VİDEO ​

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər