İtaliyadakı Azərbaycan Mədəniyyət Assosiasiyası türkdilli xalqların rəssamlarının sərgisini təşkil etmişdir
AzerTAg.az
Bakı, 20 oktyabr (AZƏRTAC). İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında TÜRKSOY-un rəsm sərgisini təşkil etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 17-də təntənəli açılışı olan sərginin təşkilinə Florensiya bələdiyyəsinin mədəniyyət şöbəsi, Auditorium al Duomo Fondunun da köməyi olmuşdur.
Sərginin açılış mərasimində İtaliyanın Orizo rəqs qrupu Azərbaycan, qazax, türk və digər türkdilli xalqların milli rəqs nümunələrini nümayiş etdirmiş, Türkiyədən gəlmiş musiqiçilərin ifasında türkdilli xalqların musiqisi və mahnıları ifa olunmuşdur.
Sərgiyə gələn yüzlərlə insan Azərbaycan rəssamlarının əsərlərini yüksək qiymətləndirmişlər.
Sərgi oktyabrın 30-dək davam edəcəkdir.
######
![]() |
![]() |
Xəbərin mətnində orfoqrafik səhv var